NATO bütün ədəb-ərkandan əl çəkib və niyyətlərini açıq şəkildə bəyan edir, Rusiyadakı hədəflərə qabaqlayıcı zərbələrin endirilməsinin mümkünlüyü barədə bəyanatlar verir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB dövlətlərinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşündə bildirib.
“Bu yaxınlarda alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauer birbaşa bəyan etdi ki, NATO üzvü olan ölkələri qorumaq və müdafiə etmək üçün Rusiya ərazisində, onların fikrincə, hərbi bloka təhlükə yarada biləcək hədəflərə qabaqcadan zərbə endirmək lazımdır. Düşünürəm ki, burada şərh verməyə heç bir şey yoxdur, NATO nümayəndələri artıq bütün ədəb-ərkandan əl çəkiblər və əsl niyyətlər artıq ictimaiyyətə açıqlanır”, – Lavrov bildirib.
Bauerin sözlərinə görə, NATO-ya üzv ölkələr alyansla Rusiya Federasiyası arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Rusiya ərazisinə qabaqlayıcı dəqiq zərbələr endirməyi müzakirə edirlər.