Lavrov: Putin və Tramp arasında münasibətlər işgüzar xarakter daşıyırbackend

Lavrov: Putin və Tramp arasında münasibətlər işgüzar xarakter daşıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında formalaşmış münasibətlər işgüzar xarakter daşıyır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “Gələcəyin Forumu – 2050” tədbirində çıxışı zamanı bildirib. 

Lavrovun sözlərinə görə, iki lider telefon danışığı zamanı əlavə sözlərə ehtiyac duymur və birbaşa əsas məsələlərə keçirlər. Nazir qeyd edib ki, bu, münasibət qurmağın ən yaxşı yoludur – mövqeni birbaşa ifadə etmək, beləliklə “illüziya və reallaşmayan ümidlər” yaranmır.

Xatırladaq ki, iyunun 4-də Putin və Tramp arasında telefon danışığı baş tutub. Söhbət zamanı Rusiya–Ukrayna münaqişəsi və İstanbulda keçirilmiş son danışıqlar müzakirə olunub.