Qərbin informasiya sızması daha da aqressivləşib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
“İnformasiya müharibəsi şəraitində Qərb nümayəndələrindən obyektivlik gözləmək olmaz. Biz onların anti-Rusiya eyhamlarını sakit və əsaslı şəkildə təkzib edəcəyik”, – deyə rusiyalı nazir bildirib.
Lavrov bir müddət əvvəl bəyan etmişdi ki, Rusiya dəvət alsa belə, Ukrayna münaqişəsinin həlli ilə bağlı keçiriləcək “sülh sammitində” iştirak etmək niyyətində deyil.
Həmçinin, onun fikrincə, Rusiya ilə münasibətlərin bərpası üçün ilk addımı ABŞ atmalıdır.