Lavrov Qərbin Ukrayna ilə bağlı planlarını açıqlayıbbackend

Lavrov Qərbin Ukrayna ilə bağlı planlarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb dövlətləri Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılmasının zəruriliyində israr edərək, Kiyevə fasilə üçün vaxt verməyi planlaşdırırlar.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalda yayımlanan “Böyük oyun” verilişinin efirində deyib.

Onun sözlərinə görə, Nyu-Yorka işgüzar səfəri zamanı o,amerikalı politoloqlar Riçard Haas və Çarlz Kupçinlə danışıb. Onlar Lavrova bildiriblər ki, Rusiya və Ukrayna bir müddət sülh bağlamalı, bu dövrü razılaşdırmalı, hər şeyi olduğu kimi tərk etməli və bir müddət sonra hərbi əməliyyatları davam etdirməlidirlər.

Lavrov hesab edir ki, politoloqlar Kiyevə ehtiyatlar, hərbi texnika və digər məsələlərlə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün vaxta ehtiyac olduğunu söyləməkdən utanmırlar. Nazir xatırladıb ki, söhbət aprel ayında olub,indi isə Qərb liderləri bu barədə açıq danışırlar.