NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fələstinin mülki işlər naziri Hüseyn əl-Şeyx ilə telefon danışığı zamanı Qəzza zolağından Rusiya vətəndaşlarının tezliklə təxliyyə edilməsinin vacibliyinə işarə edib. Bu barədə XİN-in rəsmi saytında məlumat verilib.
Nəşr qeyd edir ki, söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyətin müzakirəsinə xüsusi diqqət yetiriblər. Xüsusilə, danışıqlarda Qəzza zolağında davam edən hərbi əməliyyatlar barədə fikir mübadiləsi aparılıb.
“Lavrov tezliklə atəşkəsə ehtiyac olduğunu bildirib…>, sektora daxil olan humanitar yardımın həcminin genişləndirilməsi və Rusiya vətəndaşlarının anklavdan dərhal təxliyyə edilməsinin vacibliyini vurğuladı”, – XİN-dən bildiriblər.