Lavrov Rusiya-ABŞ danışıqları ilə bağlı Türkiyəyə ətraflı məlumat veribbackend

Lavrov Rusiya-ABŞ danışıqları ilə bağlı Türkiyəyə ətraflı məlumat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Türkiyəni Amerika nümayəndə heyəti ilə Ər-Riyadda apardığı danışıqlar barədə ətraflı məlumatlandırıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.

“Biz türk dostlarımızı Rusiya ilə ABŞ arasında Ər-Riyadda aparılan son danışıqlar barədə ətraflı məlumatlandırdıq ”, – diplomat bildirib.

Fevralın 18-də Rusiya və ABŞ nümayəndə heyətləri son üç ildə ilk dəfə Ukraynadakı münaqişə ilə bağlı tamhüquqlu danışıqlar aparıblar. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dörd saat yarım davam edən görüşdə tərəflər ikitərəfli münasibətlərin normallaşdırılması, prezidentlər Vladimir Putin və Donald Tramp arasında danışıqlara hazırlıq məsələlərini müzakirə edib və gələcəkdə beynəlxalq arenada bir-birinin maraqlarını nəzərə almaq barədə razılığa gəliblər.

Daha sonra Rusiya lideri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqları yüksək qiymətləndirdiyini bildirib.