Lavrov: Rusiya Afrika ölkələrinə təhlükəsizlik sahəsində dəstək verəcəkbackend

Lavrov: Rusiya Afrika ölkələrinə təhlükəsizlik sahəsində dəstək verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya–Afrika formatında ikinci nazirlər konfransı bu ilin payızında Misirdə keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS agentliyi yayıb.

“Bu ilin payızında Misirdə keçirilməsi planlaşdırılan ikinci nazirlər forumuna hazırlıq məsələsinə diqqət yetirdik,” – deyə Lavrov Mozambikin xarici işlər naziri Mariya Manuela duş Santuş Lukaş ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Bundan əvvəl Lavrov bəyan etmişdi ki, Rusiya Afrika ölkələrinə təhlükəsizlik sahəsində dəstəyini davam etdirəcək. Onun sözlərinə görə, Moskva maraqlı Afrika dövlətlərinə müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, terrorizmlə mübarizə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahələrində kömək göstərməyə hazırdır.