Lavrov Rusiya ilə Yaponiya arasında bağlanan sülh müqaviləsindən danışıbbackend

Lavrov Rusiya ilə Yaponiya arasında bağlanan sülh müqaviləsindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, hazırda Rusiya hakimiyyəti Tokionun qeyri-dost siyasətinə görə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqlar üçün heç bir fürsət görmür.

NOCOMMENT.az xəbər verir ki, nazirin jurnalistin sualına cavabı XİN-in saytında dərc olunub.

“2022-ci ilin fevralında xüsusi hərbi əməliyyat başlayandan Yaponiya hökuməti Rusiyaya qarşı açıq dost olmayan kurs seçib <…>. Belə bir vəziyyətdə biz Tokio ilə əvvəllər baş vermiş dialoqun aparılması imkanını görmürük”, – deyə Xarici İşlər Nazirliyinin rəhbəri izah edib.