Rusiya və İran arasında imzalanan sazişdə tərəflər arasında təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə müsahibəsində bildirib.
“Əlbəttə, belə əhatəli sənədin həm də beynəlxalq komponenti var. “O, digər məsələlərlə yanaşı, regional və qlobal səviyyədə sülh və təhlükəsizlik naminə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirir”, – deyə nazir vurğulayıb.
Lavrovun sözlərinə görə, Moskva və Tehran arasında razılaşma tərəflər arasında təhlükəsizlik sahəsində sıx əməkdaşlığı, terrorizmlə mübarizəyə diqqəti, həmçinin Rusiya və İrana qarşı “ortaq çağırışlara” cavab verəcək.