Lavrov: Rusiya və ABŞ arasında danışıqlar faydalıdır və nəticə verirbackend

Lavrov: Rusiya və ABŞ arasında danışıqlar faydalıdır və nəticə verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ arasında Ukraynadakı vəziyyətlə bağlı aparılan danışıqlar faydalı və nəticəli olur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın administrasiyasının Rusiya ilə dialoqu bərpa etməsi “normal diplomatik təcrübəyə” uyğundur. Əvvəlki prezident Co Bayden dövründə Vaşinqtonun bu cür təmaslardan imtina etməsi isə “sağlam məntiqə zidd” idi.

“İlin əvvəlindən bəri Rusiya və ABŞ arasında Ukrayna münaqişəsi ilə bağlı aparılan konkret müzakirələr kifayət qədər faydalı olub və nəticə verir,” – deyə Lavrov vurğulayıb.

O əlavə edib ki, məhz Trampın israrlı mövqeyi Kiyevi Moskva ilə danışıqları bərpa etməyə vadar edib.