Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada həll edilməli olan məsələlərdə ölkənin mövqeyinin dəyişmədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, o, bu sözləri Rusiya mətbuatına gündəmi qiymətləndirərkən deyib.
Qərbin hərəkətləri ilə Rusiya üçün ekzistensial təhlükə yaratdığına diqqət çəkən Lavrov, “Rusiya əlində olan bütün qaynaqlardan istifadə edərək özünü müdafiə edəcək”,- deyib.