Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağa hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrinin xarici işlər nazirlərinin Braziliyada keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, prezident Vladimir Putinin Qələbənin 80-ci ildönümündə müvəqqəti atəşkəs təşəbbüsü bu cür təmasların başlanğıc nöqtəsi olub.
Lavrov vurğulayıb ki, Moskva Kiyevin 30 günlük atəşkəs tələbini dərhal dialoq ideyasına zidd ilkin şərt kimi görür.
“Prezident Putinin səsləndirdiyi təklifimiz “başlanğıcda” heç bir tələb olmadan birbaşa danışıqların başlanğıcıdır”, – nazir izah edib.