Lavrov səudiyyəli həmkarı ilə görüşdübackend

Lavrov səudiyyəli həmkarı ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan bin Abdullah Al Səud ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Görüşdən əvvəl çıxış edən Lavrov beynəlxalq arenada ortaq maraqların inkişafı ilə bağlı atılacaq addımları, iki ölkə arasında iqtisadi razılaşmaları dəyərləndirəcəklərini bildirib.

Bağlı qapılar arxasında keçirilən görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirərək gündəmə dair açıqlamalar veriblər.

Dünya bazarında baş verən proseslərin Səudiyyə Ərəbistanı ilə əməkdaşlığa mane olmadığını ifadə edən Lavrov, “Səudiyyə Ərəbistanı ilə həm enerji, həm də digər sahələrdə əməkdaşlıqlar bazardakı dalğalanmalardan təsirlənmir” deyə bildirib.

OPEC+ qrupu ölkələrinin verdiyi qərarlardan asılı olduğunu vurğulayan Lavrov, “Bu razılaşmalar bu ilin sonuna qədər qüvvədə olacaq, daha sonra OPEC+ qrupuna üzv ölkələrlə yeni qərarlar veriləcək” deyə açıqlama verib.

NOCOMMENT.AZ