Rusiya xarici işlər naziri Sergey Lavrov iddia edib ki, Ukraynanın Rusiyaya qarşı terror xarakterli hücumları təkbaşına həyata keçirməsi mümkün deyil və bu hücumlara Böyük Britaniyanın dəstəyi ilə nail olunur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “Gələcəyin Forumu — 2050” tədbirində çıxışı zamanı danışıb.
“Bu terror təhdidləri kifayət qədər ciddidir. Aydındır ki, bu hücumları Ukrayna tərəfi həyata keçirir, lakin Böyük Britaniyanın dəstəyi olmadan onlar aciz olardılar. Hətta bəlkə də ABŞ-ın xüsusi xidmət orqanları da prosesə köhnə vərdişlə qoşulur, amma britaniyalıların iştirakı 100 faizdir”, — deyə Lavrov bildirib.
Lavrov bildirib ki, Kiyev rəhbərliyi silahlı münaqişənin ilk günlərindən etibarən “terror metodlarına” əl atıb və bu metodlar silahlı toqquşmaların baş verdiyi bütün ərazilərdə müşahidə olunub. Nazir xüsusilə Kursk vilayətini Ukrayna Silahlı Qüvvələrinin “kriminal fəaliyyətinin” nümunəsi kimi göstərib.