Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan Rusiyaya qarşı nüvə silahının istifadəsinə zəmanət verməsini tələb edib.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu ilə Rutube-da yayımlanan mətbuat konfransında deyib.
“Cənab Zelenski açıq şəkildə bildirir ki, amerikalılar ona Rusiyanı nüvə silahı ilə bombalayacaqlarına dair zəmanət vermədən atəşkəs istəmir; sualı təxminən belə qoyur”, – diplomat deyib.