Lavrovdan Azərbaycan və Ermənistanın sülh müqaviləsinə REAKSİYAbackend

Lavrovdan Azərbaycan və Ermənistanın sülh müqaviləsinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın yaxın aylarda Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamasını gözlədiyinə dair suala cavab verib.

NOCOMMENT.az xəbər verir ki, Lavrov Rusiyanın bu məsələdə hər iki tərəfə dəstək verdiyini qeyd edib:

“Həm Ermənistan, həm də Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə erməni və azərbaycanlı dostlarımızın maraq göstərdiyi forma və miqyasda mümkün dəstək verir”, – Lavrov RİA Novosti-yə müsahibəsində deyib.

O, ATƏT-dəki böhrandan da danışıb. “Dürüst olacağam. ATƏT-də işlər yaxşı getmir. Təşkilat bərabərhüquqlu dialoq və əməkdaşlıq platforması kimi yaradılıb, lakin son bir neçə ildə ən dərin böhran içindədir”.