Lavrovdan diqqətçəkən Ukrayna açıqlamasıbackend

Lavrovdan diqqətçəkən Ukrayna açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin ildönümündə yeni hesabatın açıqlanacağını bildirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Ukraynaya yeni silahlar göndərməsi ilə bağlı açıqlama verib. 

NOCOMMENT.az xəbər verir ki, Lavrovun müsahibəsində “Qərbdən Kiyev rejiminə göndərilən silahların çeşidi artdıqca, bu silahların Rusiya ərazisindən geri göndərəcəyimiz məsafə də artacaq” ifadələri yer alıb.

Rusiyalı jurnalist Dmitri Kiselevin suallarını cavablandıran Lavrov Rusiyanın Donbass bölgəsində hərbi əməliyyatlarını davam etdirdiyini, lakin Qərb ölkələrinin Ukraynaya göndərdiyi silahların çeşidinin artdığını bildirib.

“Biz hamımız Ukrayna ilə münaqişənin bitməsini istəyirik. Amma əsas amil zaman deyil” deyən Lavrov əsas məqsədlərinin Rusiya mədəniyyətini və müstəqilliyini qoruyub saxlamaq olduğunu qeyd edib.