Rusiya Qazaxıstan və Özbəkistanla birgə enerji layihələri üzərində işləyir .
NOCOMMENT.az xəbər verir ki, bunu Moskva Dövlət Diplomatik İnstitutunda keçirilən tədbirdə çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov, “Rusiya, Qazaxıstan və Özbəkistan liderləri arasında Qazaxıstanın infrastrukturundan istifadə edərək Özbəkistana təbii qazın çatdırılması ilə bağlı təmaslar olub. Bununla bağlı texniki işlər vaxt aparacaq, lakin bu, çox reallaşdırıla bilən layihədir”,- dedi.
Rusiyanın Çinə təbii qaz nəqli üçün öz infrastrukturuna malik olduğuna diqqət çəkən nazir, “Bu, heç kimə problem yaratmayacaq. Çinin təbii qaza çox ehtiyacı var. Heç kim, nə Qazaxıstan, nə də Türkmənistan oyundan kənarda qalmayacaq”. dedi.
Rusiya prezidenti Vladimir Putinin iştirak etməyəcəyi və Rusiyanı təmsil edəcəyi Hindistanda keçiriləcək G20 Sammiti ilə bağlı Lavrov, “Bizim fikrimiz öz əksini tapmasa (G20-də) bütün üzvlər adından ümumi bəyanat olmayacaq”, – o deyib.