Lavrovdan nüvə təhlükəsi xəbərdarlığıbackend

Lavrovdan nüvə təhlükəsi xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünyanın iki ən böyük nüvə dövlətinin toqquşmasına səbəb ola biləcək hadisələrin ciddi risklər yaradacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lavrov “Rossiya-1” dövlət kanalına müsahibə verərkən bildirib.

ABŞ-ın Rusiyanın Qara dənizdə “xüsusi hərbi əməliyyat” üçün uçuşu məhdudlaşdırılan zonalar elan etməsinə məhəl qoymadığını ifadə edən Lavrov, “Amerika tərəfi qarşıdurmacı yanaşmalarını gücləndirmək üçün daim hansısa təxribat axtarışına çıxır” deyə açıqlama verib.

Bu yanaşmanın pis olduğuna diqqət çəkən Lavrov ABŞ tərəfinin strateji sabitlikdə maraqlı olan məsul ölkə olduğunu hər zaman bəyan etdiyini, lakin Amerika rəsmilərinin hərəkətlərinin onların sözləri ilə üst-üstə düşməyəcəyini bildirib.

“Qlobal təhlükəsizlik üçün dünyanın ən böyük iki nüvə gücü, iki böyük dövlət arasında qarşıdurmaya səbəb olacaq istənilən hadisə həmişə ciddi risklər yaradır” deyə Lavrov qeyd edib.

NOCOMMENT.AZ