Lavrovdan Qara göl ətrafındakı sərhəd mübahisəsi ilə bağlı TƏKLİFbackend

Lavrovdan Qara göl ətrafındakı sərhəd mübahisəsi ilə bağlı TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

Sergey Lavrov bildirib ki, Kollektiv Təhlükəsizlik Mqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri dünən Ermənistanın Zəngəzur bölgəsindəki sərhəd mübahisəsi məsləsini müzakirə ediblər.

Nazir deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında sərhəd demarkasiyası məsələlərinin müzakirəsində vasitəçi ola bilər.

“Dünən axşam təşkil olunan görüşdə erməni həmkarlarımızın xahişinə baxdıq. Bu xahişlə İrəvan və Bakı arasındakı münasibətlərdəki vəziyyəti müzakirə etdik”, – deyə Lavrov bildirib.

“Biz dövlət sərhədlərinin rəsmiləşdirilməsi ilə əlaqədar yaranmış insidentin tənzimlənməsində Rusiyanın göstərdiyi səylər barədə öz dostlarımızı məlumatlandırmışıq. İlkin razılaşmaya əsasən Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan Birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər”, – deyə Sergey Lavrov əlavə edib.