Lavrovun Azərbaycana səfər PROQRAMIbackend

Lavrovun Azərbaycana səfər PROQRAMI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycanda rəsmi səfərdə olacaq.

NOCOMMENT.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi (XİN) səfərin proqramını açıqlayıb.

Bildirilib ki, səfər 2022-ci ilin fevralın 22-də Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə təsadüf edir.

Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun həmçinin xarici işlər naziri Ceyhun Bayramovla danışıqları aparması planlaşdırılır.

Rusiya XİN qeyd edib ki, səfər zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Bundan əlavə, Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” adlı konfransda da iştirak edəcək.