Lavrovun dəvəti ilə Çavuşoğlu Rusiyaya səfər edəcəkbackend

Lavrovun dəvəti ilə Çavuşoğlu Rusiyaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da Soçiyə səfər edəcək.

NOCOMMENT xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib.

“Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə bizim ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”, – deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə gələcək.