Le Figaro: Aİ Kiyevlə mineral ehtiyatlar üzrə saziş bağlamaq istəyirbackend

Le Figaro: Aİ Kiyevlə mineral ehtiyatlar üzrə saziş bağlamaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ ölkələri Ukraynanın mineral ehtiyatlarının işlənməsi və nadir torpaq metallarının ABŞ-dan ayrıca çıxarılması ilə bağlı Kiyevlə öz razılaşmalarını müzakirə edirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

“Avropanın ehtiyac duyduğu 30 kritik mineraldan 21-i Ukrayna tərəfindən qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində təmin edilə bilər”, – Sejourne fevralın 24-də AK prezidenti Ursula fon der Leyenin iştirakı ilə Kiyevdə keçirilən danışıqlardan sonra deyib. O, nə potensial sazişin şərtlərini, nə də Aİ ölkələrinin iddia etdiyi mineralları təqdim etməyib.

Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Fevralın 12-də ABŞ-ın maliyyə naziri Scott Bessent Kiyevdə Zelenskiyə faydalı qazıntılar haqqında sazişin mətnini təqdim edib. Əvvəllər sazişi bağlamağa hazır olduğunu bildirən Zelenski nə Bessentlə görüşdə, nə də daha sonra Münhendə ABŞ-ın vitse-prezidenti J.D.Vance ilə görüşdə bunu imzalamadı.

Zelenski iddia edir ki, təklif olunan versiyada təhlükəsizlik təminatları yoxdur. Lakin fevralın 21-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Zelenskinin yaxın vaxtlarda ABŞ ilə müqavilə imzalayacağını bildirib . Bundan sonra Zelenskinin ofisindəki mənbələr Ukrayna mediasına bildiriblər ki, sənədin hələ də yekunlaşdırılması lazımdır və Zelenski özü fevralın 23-də keçirdiyi mətbuat konfransında ABŞ-la müqaviləni “imzalamaq istəmədiyini” bildirib, çünki onun sözlərinə görə, 10 nəsil ukraynalılar bunun əvəzini ödəyəcəklər.