ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinə dair yeni mövqeyi cəbhə xəttindəki vəziyyəti dəyişməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın Le Monde qəzeti yazır.
“Müəyyən dəyişikliyin baş verdiyi ehtimal edilsə də, Trampın Ukraynaya münasibətindəki bu dəyişiklik hazırkı mərhələdə vəziyyətə təsir etməyəcək”, – məqalədə qeyd olunur.
Yazıda vurğulanır ki, Trampın Rusiya mallarına tariflər tətbiq etmək və Rusiya enerji daşıyıcılarını alan ölkələrə ikinci dərəcəli rüsumlar qoymaqla bağlı hədələri “açıq məzmunlu deyil” və bu cür bəyanatların Kremlin qərarlarına ciddi təsir göstərəcəyi inandırıcı görünmür.