Le Pen Makrondan fransızların həyatı ilə oynamağı dayandırmağı tələb edibbackend

Le Pen Makrondan fransızların həyatı ilə oynamağı dayandırmağı tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen prezident Emmanuel Makronu “fransızların həyatı ilə oynamaqda” ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, o, fikirlərini X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.

Fransanın praktiki olaraq xaosa qərq olduğunu vurğulayan Le Pen “Fransızların həyatı ilə bu cür diqqətsizliklə oynamaq qəbuledilməzdir” deyib.

Bir gün əvvəl Makron TF1 və “France 2″dən jurnalistlərə müsahibəsində bir daha bəyan edib ki, o, Ukraynaya qoşun göndərməyi istisna etmir, eyni zamanda hazırkı vəziyyətin belə bir qərara ehtiyacı olmadığını cavablandırıb. Prezident həmçinin Rusiyanı rəqib adlandıraraq, Fransanın Rusiya Federasiyası ilə müharibə aparmadığını, Moskvadan eskalasiya olacağı təqdirdə cavab verməyə hazır olacağını vurğulayıb.

Fransa lideri Krımla bağlı da danışıb. O hesab edir ki, davamlı sülhə nail olmaq üçün yarımada Ukraynanın bir hissəsi olmalıdır.