Sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, ABŞ-ın seçilmiş lideri Donald Tramp Ukrayna və Rusiya arasında danışıqları təşkil edə biləcək.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Pais nəşrinə müsahibəsində bildirib.
“İnanıram ki, Donald Tramp Putin və Zelenskini danışıqlar masasına oturtacaq və diplomatik həll yolu tapılacaq”, – Le Pen deyib.
Onun fikrincə, Ukrayna NATO müdaxiləsi olmadan silahlı münaqişədə qalib gələ bilməyəcək, lakin bu, üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.