“Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin müxtəlif avadanlıqların satınalınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv qərarına səbəb qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədə iştirak edən şirkətlərin sayının azlığı olub. Belə ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, təklif və təminat təqdim edən, həmçinin tələb olunan lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün prosedur dayandırılıb.
Satınalmanın ehtimal olunan dəyəri 9 min 392 manat 80 qəpik təşkil edirdi.
Qeyd edək ki, bu, son aylarda bölgə səhiyyə müəssisələrinin satınalmalarında rast gəlinən oxşar hallardan biridir.