Lənkəran rayonunda körpü qəzalı vəziyyətə düşüb – VİDEObackend

Lənkəran rayonunda körpü qəzalı vəziyyətə düşüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunun Viyən kəndində 50 il əvvəl istifadəyə verilmiş körpü üç ildir ki, qəzalı vəziyyətə düşüb. Ətrafda yaşayan sakinlərin sözlərinə görə, körpünün üst hissəsi dəmirdən inşa olunub və illərin təsirindən korroziyaya uğrayıb.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər bildirirlər ki, yay aylarında çayda suyun səviyyəsi azaldığından ərazidən keçmək olur. Ancaq yağışlı havalarda, xüsusilə payız və qış aylarında nəqliyyat vasitələrinin, eləcə də piyadaların buradan hərəkəti demək olar ki, mümkünsüz hala gəlir.

Məsələ ilə bağlı Aşağı Nüvədi kənd bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri İqbal İbrahim “Xəzər Xəbər”ə bildirdi ki, əraziyə baxış keçirilib. Onun sözlərinə görə, sakinlərlə görüş zamanı izah olunub ki, hazırda bələdiyyənin büdcəsində yeni körpü tikintisi üçün vəsait yoxdur. Gələcəkdə büdcəyə vəsait daxil olarsa, həmin ərazidə yeni körpünün inşası nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.