Lənkəranda azyaşlı piyadanı maşın vurub.
NOCOMMENT.az xəbər verir ki, hadisə səhər saatlarındaLənkəran şəhərinin “20 Yanvar” küçəsində qeydə alınıb. Hərəkətdə olan “QAZ-3110” markalı nəqliyyat vasitəsi yolu əks istiqamətə keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub. Azyaşlı dərhal ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olan azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, A.İsmayılzadənin huşu tam aydın deyil, başında çoxsaylı əzilmiş yaraları və sağ çiynində sınıq var. Xəsarət alan şəxsin müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.\\Bakupost.az