Lənkəranda 69 yaşlı kişi arvadına və özünə balta ilə xəsarət yetiribbackend

Lənkəranda 69 yaşlı kişi arvadına və özünə balta ilə xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda ər arvadına və özünə xəsarət yetirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mamusta kəndində baş verib. Kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikovun əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir. Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.