Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürdübackend

Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə səhər saatlarında Zövlə kəndində qeydə alınıb. Mağazadan özü üçün şirniyyat alıb çıxan 2016-cı il təvəllüdlü Musa Ruslan oğlu Mirzəzadə yolu keçmək istəyərkən onu 44-BM-245 dövlət qeydiyyat nişanlı, “VAZ 2105” markalı avtomobil vurub. Avtomobilin sürücüsü, Masallı rayonu Əzizabad kənd sakini, 1992-ci il təvəllüdlü Miriş Sərhad oğlu Mirişli uşağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq 5 yaşlı uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA