Lənkəranda baş verən yol-nəqliyyat hadisəsinin müəyyən detalları məlum olub.
NOCOMMENT.az -ın Cənub bürosunun məlumatına görə, Mersedes markalı avtomobillə qəzanı törədən şəxs yeniyetmə olub.
Qeyd edilib ki, azyaşlının bu gün bacısının toyu imiş.
***
15:46
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az -ın Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Vel kəndi ərazisində baş verib.
Hərəkətdə olan Mercedes markalı nəqliyyat vasitəsi velosipedçi Lənkəran rayonunun Xolmili kənd sakini 1964-cü il təvəllüdlü Rəfail İlyas oğlu İmanovu vurub.
Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, dəqiqləşdirilməmiş koma və bədənin bir neçə nahiyəsini əhatə edən açıq yaraları diaqnozu qoyublar.
R.İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

















