Lənkəranda bir nəfər dənizdə batdı – Axtarış aparılırbackend

Lənkəranda bir nəfər dənizdə batdı – Axtarış aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.