Lənkəranda dəm qazından zəhərlənən tələbə ambulator müalicə üçün evə buraxılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Yanvarın 2-də saat 23:05-də Lənkəran rayonu Kərgəlan kəndində bir nəfər (kişi cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zərərçəkənə zəruri tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda qeyd olunub.
12:24
Lənkəranda tələbə dəm qazından zəhərlənib.
Oxu.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Onur Zaur oğlu Rzayev evlərində, otaqların birində huşsuz vəziyyətdə tapılıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb və o, Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyi nəticəsində O.Rzayevi həyata qaytarmaq mümkün olub.
Faktla bağlı araşdırma aparılır.