Lənkəranda ər arvadını qətlə yetiribbackend

Lənkəranda ər arvadını qətlə yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunda qətl hadisəsi baş verib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, qətl hadisəsi rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

Bir müddət əvvəl azadlığa çıxmış keçmiş məhkum – 1983-cü il təvəllüdlü Mais Məhərrəm oğlu Abıyev həyat yoldaşı 1981-ci il təvəllüdlü Günay Gəray qızı Abıyevanı yaşadıqları evdə qətlə yetirib. İlkin məlumata görə, cinayət odlu silahla törədilib.

Faktla bağlı araşdırma aparılır.