Lənkəranda hicablı tələbələrə qadağa qoyulub? – AÇIQLAMAbackend

Lənkəranda hicablı tələbələrə qadağa qoyulub? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Lənkəran Dövlət Universitetinin hicablı tələbələrinə qadağa qoyulması barədə iddialar yayılıb. Bəzi tələbələr bildiriblər ki, onlar hicab taxdıqlarına görə universitetin yeni istifadəyə verilmiş korpusuna buraxılmayıblar.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, iddialara aydınlıq gətirmək üçün Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova ilə əlaqə saxlanılıb.

O, tələbələrə hicabla bağlı qadağa qoyulmadığını, yayılan xəbərlərin yalan olduğunu bildirib.

“Hazırda dərsdəyəm və lövhənin qarşısında dərs danışan hicablı tələbə dayanıb. Dünən açılış vaxtı dərs gedirdi, dərsə maneə olmamaq üçün hər qrupdan 3-4 nəfər açılış mərasimində iştirak edib. Açılışa qatıla bilməyən tələbələr hicabla bağlı qadağanı şayiə olaraq yayıblar”, – deyə mətbuat katibi məsələyə aydınlıq gətirib.