Lənkəranda körpü tikintisi sürücülərin “kabusuna” çevrildi – alternativ yol bərbad vəziyyətdədir – FOTO / VİDEObackend

Lənkəranda körpü tikintisi sürücülərin “kabusuna” çevrildi – alternativ yol bərbad vəziyyətdədir – FOTO / VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda yeni tikilən körpünün ətrafında nəqliyyatın hərəkəti üçün alternativ yol çəkilib. Lakin alternativ yol elə gündədir ki, maşınlar palçıqdan keçməli olur.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, alternativ yoldan keçən nəqliyyat vasitələrinin ehtiyat hissələri dağılır, sürücülər əlavə xərcə düşməli olur.

“3 aya yaxındır ki, Lənkəran rayonunun Ürgə kəndində, köhnə Ələt-Astara magistralı üzərində yeni körpü qurulur. “Körpünü tikən şirkət bu istiqamətdə nəqliyyatın hərəkəti üçün alternativ yol salıb. Əgər buna da yol demək olarsa… Yol elə bir bərbad vəziyyətdədir ki, maşınların ehtiyat hissələri dağılır. Bir dəfə bu yolu keçdin, mütləqdir ki, maşını ustaya aparasan”, – Sürücülər deyib.

Məsələ ilə bağlı tikintini aparan şirkətin əməkdaşı sorğumuza şifahi olaraq bildirdi ki, ərazidə yeni körpünün salınması zamanı normalara uyğun olaraq ilk iş alternativ yol çəkdik: “Təbii səbəblərdən, yəni Lənkəran rayonuna düşən yağıntıların miqdarı nəticəsində alternativ yolda bu kimi problemlər ortaya çıxır. Bir neçə dəfə biz bu yolu təmir etmişik, yenə də bu vəziyyət yaranır”.

Qeyd edək ki, inzibati xətalar məcəlləsinin 350-ci maddəsində, yəni Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasında göstərilir ki, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərini aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmir zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə hüquqi şəxslər 10 min manatdan – 12 min manata kimi cərimələnə bilir.