​​​​​​​Lənkəranda meşədə yanğın oldubackend

​​​​​​​Lənkəranda meşədə yanğın oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda meşə zolağında yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus olan meşə zolağındaqeydə alınıb. Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.

Əldə etdiyimiz məlumata görə, yanğın təqribən 1 hektar ərazini əhatə edib və əsasən xəzəl yanıb. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.\\“Unikal”