Lənkəranda qardaş qardaşı bıçaqladıbackend

Lənkəranda qardaş qardaşı bıçaqladı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bu barədə TƏBİB-in Lənkəranda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə 08.10.2025-ci il tarixində saat 21:00 radələrində Lənkəran rayonun Liman şəhərində baş verən hadisə nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü (kişi) şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.

Pasiyentə zəruri ilkin tibbi xidmətlər göstərilib və dərhal əməliyyat blokuna alınıb.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

Lənkəranda bıçaqlanma hadisəsi olub.

NOCOMMENT.az APA-ya istinadən xəbərə verir ki, Lənkəran rayonunun Liman şəhər sakini 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyat blokuna alınıb.

İlkin məlumata görə Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.