Lənkəranda qatı duman müşahidə olunur.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, axşam saat 22:45 radələrindən başlayaraq ətrafı bürüyən qatı duman, Ələt-Astara magistral yolunda və şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkətində çətinliklər yaradıb. Görmə məsafəsi xeyli məhdudlaşıb. Sürücülər avtomobillərini baş verə biləcək qəzalaradan yayındırmaq üçün asta sürətlə və maksimum ehtiyatla idarə edirlər.
Qatı duman bəzi ərazilərdə hələ də müşahidə olunur.













