Lənkəranda təhlükəli vəziyyət – asfalt yarıldı, iri çatlar yarandı – Ərazi nəzarətə götürüldübackend

Lənkəranda təhlükəli vəziyyət: asfalt yarıldı, iri çatlar yarandı – Ərazi nəzarətə götürüldü 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda asfalt örtüyünün dağılması ilə bağlı AAYDA açıqlama verib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli NOCOMMENT.az -ın Cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq ərazidə nəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz təmin olunması məqsədilə şərait yaradılıb:

“Hazırda sözügedən hissə agentliyin mütəxəssisləri tərəfindən nəzarətdə saxlanılır. Yol hərəkətinin təhlükəsizliyinin istiqamətində zəruri işlər görülüb.

Hadisə baş vermiş yol hissəsində texniki baxış keçirilib, mövcud vəziyyət qiymətləndirilib. Müvafiq rəy hazırlayıb bərpa və möhkəmləndirilmə işlərinin aparılması üçün texniki təkliflər və layihə həlləri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Hava şəraiti imkan verdikdə təmir və bərpa işlərinə başlanılacaq”.

***11:17

Lənkəranda yol çöküb, hərəkət təhlükəlidir.

NOCOMMENT.az-ın Cənub bürosu xəbər verir ki, son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunda Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Yolda əmələ gəlmiş iri çatlara yağıntı sularının dolması sürüşmə aktivliyini daha da artırır. Hazırda ərazidən xüsusilə yük avtomobillərinin keçməsi son dərəcə təhlükəli hesab olunur. Bu, yolun qəfil daha da çökməsinə səbəb ola bilər.

Ərazidə hər hansı xəbərdarlıq nişanının və ya təhlükəsizlik lentlərinin quraşdırılmaması sürücülər üçün əlavə risk yaradır. Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.

Turab