Lənkəranda yandırılmış meyit tapılıb – YENİLƏNİBbackend

Lənkəranda yandırılmış meyit tapılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda tapılan yanmış meyitin kimliyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində meyiti aşkar olunmuş şəxsin Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Cahangirov Əli Eldar oğlu olduğu müəyyən edilib.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

——–

Lənkəranda meyit tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Kiçik Bazar deyilən ərazisində yandırılmış vəziyyətdə olan meyit aşkarlanıb. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.

Meyitin kimliyi və hadisənin hansı zəmində baş verdiyi araşdırılır.