“Leobank” tətbiqində ciddi texniki problem yaşanır – Müştərilərin vəsaitləri səhv yönləndirilibbackend

“Leobank” tətbiqində ciddi texniki problem yaşanır – Müştərilərin vəsaitləri səhv yönləndirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leobank mobil tətbiqində son günlərdə ciddi texniki problemlər müşahidə olunur. 

NOCOMMENT.az xəbər verir ki, bu haqda Valyuta.az-a müştərilərdən biri məlumat verib.

Belə ki, istifadəçilər şəxsi vəsaitlərindən istifadə edə bilmirlər.

Müştərilərin hesablarındakı pullar avtomatik olaraq kredit ödənişlərinə yönləndirilib, xüsusilə aylara bölünmüş kredit borclarına.

Bankın müştəri xidməti ilə əlaqə saxlayan istifadəçilərdən bəziləri problemin iki gündür davam etdiyini və texniki nasazlığın hələ də aradan qaldırılmadığını öyrəniblər.

Bank nümayəndələri sistemlərində ciddi texniki problemin olduğunu təsdiqləyiblər, lakin nə vaxt düzələcəyi ilə bağlı dəqiq məlumat verməyiblər

Hazırda yüzlərlə müştəri vəsaitlərinə çıxış imkanından məhrumdur və bu vəziyyət böyük narahatlıq doğurur. Leobank rəhbərliyinin problemin həlli üçün hansı addımları atacağı və müştərilərin itkilərinin necə kompensasiya ediləcəyi sual olaraq qalır.