Leonardo da Vinçinin atası qul alverçisi idibackend

Leonardo da Vinçinin atası qul alverçisi idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mona Liza” və “Son şam yeməyi” kimi məşhur tarixi əsərlərin yaradıcısı Leonardo da Vinçinin həyatı ilə bağlı yeni faktlar üzə çıxıb.

NOCOMMENT-in məlumatına görə, Leonardo da Vinçinin atası qul alverçisi, anası isə Qafqazdan İtaliyaya qaçaq yolla gətirilən gənc quldur. İtalyan tarixçisi Karlo Vecce Florensiyanın dövlət arxivində Katerina adlı gənc qadının köləlikdən azad olmaq hüququ verilmiş sənədinin olduğunu aşkar edib.

Leonardonun anasının adının Katerina olduğu məlum idi, lakin onun haqqında əlavə məlumat yox idi. Uzun müddət onun italyan, yetim və Florensiyalı olduğu güman edilirdi. Ancaq bu gün əldə edilən məlumatlara görə, Leonardo da Vinçinin anası güman edildiyi kimi Toskana kəndlisi deyil, Qafqazdan gələn bir qul idi.