Leopard tankları Ukraynaya nə vaxt göndəriləcək?backend

Leopard tankları Ukraynaya nə vaxt göndəriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya istehsalı olan “Leopard 2” tanklarının martın sonunda Ukraynaya göndəriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

“Biz “Leopard” tanklarımızı martın sonuna qədər təhvil verməyi planlaşdırırıq. Bu tarix hələ də gec deyil”, – deyə o qeyd edib.

Pistorius Ukrayna qoşunlarının Almaniya istehsalı olan “Marder” piyada döyüş maşınlarından istifadə etmək üçün təlimlərinin yaxın bir neçə gün ərzində, “Leopard 2” tankları ilə bağlı təlimlərin isə daha sonra başlayacağını bəyan edib.