Lerikdə 3 uşaq anasını öldürən mollanın görüntüləri – VİDEObackend

Lerikdə 3 uşaq anasını öldürən mollanın görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə qadının boğazını kəsən molla cinayəti etiraf edib. Lerik rayonunun Barzavu kəndində baş verən qətllə bağlı bəzi detallar məlum olub.

NOCOMMENT xəbər verir ki, 1971-ci il təvəllüdlü Murad Əsgərov kənd camaatının ödənişi ilə yasin surəsi oxuyan şəxs olub.

Qətlə yetirilən qadının üç oğlu olub. Oğlunun biri Bakı şəhərində işləyir, biri hərbi xidmətdədir, digəri isə onunla birlikdə kənddə yaşayıb. Mərhumun həyat yoldaşı Rusiyadadır.

M.Əsgərov ötən ilin dekabr ayında da qadınla cinsi əlaqədə olmaq istəyib. Amma Zəkifə Fərziyeva etiraz edərək onu evindən qovub.

Bu ilin aprelin 28-də günorta saatlarında M.Əsgərov sahədə kartof əkirmiş, Zəkifə Fərziyevanın oğlunun evdən çıxaraq, meşəyə odun gətirməyə getdiyini görüb və gizli şəkildə mərhumun evinə gəlib. M.Əsgərov onunla cinsi əlaqədə olmaq istəsə də, qadın qışqırıb. Bu zaman o, cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazına xəsarət yetirib.

Keçirilmiş istintaq zamanı Murad Əsgərov saxlanılıb və cinayət zamanı istifadə etdiyi bıçaq götürülüb.

M.Əsgərov ilkin ifadəsində qadını bıçaqla yaralayaraq onu qorxutmaq istədiyini bildirib. O, qadının baş verən hadisəni başqalarına danışacağından ehtiyat etdiyi üçün mərhuma yeddi bıçaq zərbəsi endirib.

Zəkifə Fərziyeva onu qətlə yetirən şəxsin qardaşının baldızı olub.

Qeyd edək ki, cinayətin üstünün açılmasında 5 yaşlı uşağın köməkliyi olub. Uşaq hadisənin şahidi olub və bu haqda məlumat verib.

İctimai TV-nin mövzu ilə bağlı reportajını təqdim edirik: