Lerikdə baş verən zəlzələ daha dörd rayonda hiss olunub – YENİLƏNİBbackend

Lerikdə baş verən zəlzələ daha dörd rayonda hiss olunub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 4-də Lerik rayonunda zəlzələ baş verib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 23:32-də Lerik rayonunda qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 17 kilometr olub və Lənkəran, Masallı, Yardımlı, Cəlilabad rayonlarında 3 bal gücündə hiss olunub.

23:39

Lənkəranda zəlzələ olub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, yeraltı təkanlar 3-4 bala qədər hiss olunub.