Lerikdəki uçqunla bağlı daha bir AÇIQLAMAbackend

Lerikdəki uçqunla bağlı daha bir AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, uçqun baş verən əraziyə gedən yolda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə həmin istiqamətdə nəqliyyatın hərəkəti nəzarətdə saxlanılır.

Qeyd edək ki, yol hələlik bağlıdır. Ərazidə texnikalar işləyir.