İsrailin ədliyyə naziri Yariv Levin Fransa Prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq qərarını Fransanın tarixi üçün “qara ləkə” və terrorizmin birbaşa dəstəyi adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb.
Nazirin sözlərinə görə, “İsrail torpaqları israillilərə məxsusdur” və Makronun bəyanatı bu həqiqəti dəyişə bilməz.
Levin həmçinin bildirib ki, artıq İsrailin suverenliyinin Yəhudeya, Samariya və İordan çayı vadisinə də şamil edilməsinin vaxtı çatıb.
Qeyd edək ki, iyulun 24-də Emmanuel Makron Fransa tərəfindən Fələstin dövlətinin rəsmi tanınmasının BMT Baş Assambleyasının sentyabr iclasında elan ediləcəyini bildirmişdi.