Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Ölkənin ilk prezidenti “Best Life” tibbi klinikasına yerləşdirilib.
Erməni siyasətçinin mətbuat katibi Arman Musinyan eks-prezidentin kardioloji mərkəzə yerləşdirildiyini və orada müntəzəm tibbi müayinədən keçdiyini bildirib.